Sevindik Hətəmov: Ən böyük uğurlardan biri

Sevindik Hətəmov: Ən böyük uğurlardan biri


Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu avqustun 30-də keçirilib

30.08.2023-cü il tarixində Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbul keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir. Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Sevindik Hətəmov: Ən böyük uğurlardan biri
Sevindik Hətəmov: Ən böyük uğurlardan biri
Sevindik Hətəmov: Ən böyük uğurlardan biri
Sevindik Hətəmov: Ən böyük uğurlardan biri


Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbə ilə ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etdi və bununla da suveren ərazi bütövlüyümüz bərpa olundu. Bununla belə hətta məğlub durumda olan Ermənistan özünün xarici havadarlarının təhriki və dəstəyi ilə yenə də ölkəmizə qarşı müəyyən təxribatlar törətməyə davam edir. Məhz belə cəhdlərin qarşısını almaq üçün Azərbaycan dövləti öz vətəndaşlarının və ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədilə suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması kimi, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan addım atmaq qərarına gəldi. Beləliklə, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Sevindik Hətəmov: Ən böyük uğurlardan biri

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu gün erməni yalanlarının dünya ictimaiyyəti tərəfindən inkarolunmaz həqiqətlər kimi qəbul olunduğu illər artıq çoxdan keçmişdə qalıb. Azərbaycan Ermənistanı təkcə hərb meydanlarında deyil, həm də siyasi-diplomatik müstəvidə ağır məğlubiyyətə uğradıb. Həm də dəfələrlə. Bundan sonra Azərbaycan heç bir xarici qüvvəyə özünün daxili məsələlərinə müdaxilə etmək imkanı verməyəcək. Laçın da ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.

Qeyd edək ki, Azərbaycan dövlətinin siyasi iradəsinin nümayişi faktı ölkə Prezidenti İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə apardığı telefon danışığında da öz əksini tapmışdır. Prezident İlham Əliyevin bir daha erməni riyakarlığını ifşa edərək demişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
Sevindik Hətəmov: Ən böyük uğurlardan biri

Birmənalı olarq demək lazımdır ki, Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. O cümlədən “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri məhz bu məqsədlə yoxlayırlar. “Laçın” sərhəd-buraxılış məntəqəsində 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılması da dövlətimiz tərəfindən atılmış bu addımın nə qədər düzgün olduğunu bir daha təsdiq edir. Məlum olduğu kimi, hərbi cinayətkar Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi qətlə yetirmişdir. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı görülən bütün tədbirlər beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

Heç bir şübhə yoxdur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.
Sevindik Hətəmov: Ən böyük uğurlardan biri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər