Paşinyan ölkəsini normal dövlətə çevirmək istəyir, amma... - TƏFƏKKÜR DƏYİŞMƏLİDİR...

Paşinyan ölkəsini normal dövlətə çevirmək istəyir, amma... - TƏFƏKKÜR DƏYİŞMƏLİDİR...


Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib. Baş nazir bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı mesajında bildirib ki, erməni dövlətçiliyinin əsasını qoyan sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib: "Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir". Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları da bağlayıb. Paşinyan hesab edir ki, bu sənədin dərin təhlilə ehtiyacı var, çünki bu, qəbul olunduqdan sonra bütün sonrakı nəticələri olan siyasi sənəddir: "Bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Biz sülhə nail olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında uçacaq”.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Nikol Paşinyan bu bəyanatı ilə ölkə Konstitusiyasını dəyişəcəyinin anonsunu vermiş oldu:

"Konstitusiyada Azərbaycana, Türkiyəyə ərazi iddiası N.Paşinyana sülh sazişini imzalamağa imkan vermir. Nikol Türkiyə ilə sərhədləri açmaq niyyətindədir. Amma Konstitusiyadakı ərazi iddiaları buna mane olur. Azərbaycana qarşı ərazi iddiaları da sülh sazişinin imzalanmasına əngəl törədir. Paşinyan SSRİ-dən miras qalan hər şeydən imtina edir, ölkəni Rusiya çətirindən xilas etmək istəyir. Həmin bəyanat da, bu prosesin xəbərçisidir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər