NATO-nun Rusiya planı: Türkiyə imkan vermədi...

NATO-nun Rusiya planı: Türkiyə imkan vermədi...


NATO-nun müdafiə nazirləri Rusiyanın mümkün hücumuna cavab vermək üçün yeni planla bağlı konsensusa gələ bilməyiblər.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiyaya qarşı plana Türkiyə razılıq verməyib.

Buna baxmayaraq, NATO Baş katibi Yens Stoltenberq bildirib ki, nazirlər Rusiya Federasiyasının mümkün təcavüzünə cavab planını nəzərdən keçirirlər və onun təsdiqinə yaxınlaşırlar.

Mənbə agentliyə bildirib ki, Türkiyə coğrafi vəziyyətə, o cümlədən Kiprlə bağlı qərara görə mane olub:

"Mümkündür ki, plan NATO-nun iyul sammitindən əvvəl qəbul edilsin".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər