Ramazan yardımı izdihamı 78 nəfərin ölümünə səbəb oldu - VİDEO

Ramazan yardımı izdihamı 78 nəfərin ölümünə səbəb oldu - VİDEO


Yəmənin paytaxtı Sənada bir məktəbdə Ramazan yardımlarının paylanması zamanı yaranan izdiham 78 nəfərin ölümü ilə nəticələnib.

Xarici KİV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yəmən daxili işlər nazirliyi yardımın paylanmasına görə məsul şəxslərin saxlanıldığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.


AP agentliyinə danışan hadisə şahidi Husi döyüşçülərinin camaatı dağıtmaq üçün havaya atəş açdığını deyib.
O bildirib ki, yardım paylanılan zaman artan izdihamı azaltmaq məqsədilə atılan güllələrdən biri elektrik naqilinə dəyib. Bu da partlayışa səbəb oldub və insanlar panikaya düşüb.

Qeyd edək ki, paytaxt Səna 2015-ci ildən üsyançı husilərin əlindədir.

Ölkədəki vətəndaş müharibəsi 150 mindən çox insanın ölümünə səbəb olub, ölkə əhalisinin dörddə üçün - 23 milyon insan ərzaq yardımına möhtacdır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər