Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım

Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım


Prezident İlham Əliyevin rəsmi feysbuk hesabında 7 Aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

“7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”.

Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşımБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər