Bu rayonlara güclü qar yağıb, yollarda çətinlik yaranıb

Bu rayonlara güclü qar yağıb, yollarda çətinlik yaranıb


Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb.

Report xəbər verir ki, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.

Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.

Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.

Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər