Daha bir ölkə zəlzələ ilə bağlı matəm elan etdi

Daha bir ölkə zəlzələ ilə bağlı matəm elan etdi


Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı Albaniyada matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Albaniyanın Baş naziri Edi Rama öz sosial şəbəkə hesabında açıqlayıb.

Onun sözlərinə görə, Albaniya hökuməti fevralın 13-nü ölkədə milli matəm günü elan edib.

“Bir müddət əvvəl Albaniyada oxşar bir fəlakət baş verdiyində yanımızda olan Türkiyə ilə həmrəyik”, - deyə Edi Rama qeyd edib.

Qeyd edək ki, Albaniya zəlzələ ilə bağlı Türkiyəyə 30 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Xatırladaq ki, Türkiyə fevralın 6-sı baş verən dağıdıcı zəlzələdən sonra ölkədə fevralın 12-sinə qədər milli matəm edilib. Bununla yanaşı, Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər