Zəlzələ Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcək - ŞƏRH

Zəlzələ Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcək - ŞƏRH


Zəlzələnin Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcəyi gözlənilir. İlkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələrini aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2% bəndi azalda bilər.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bidlirib ki, 13,4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir:

"Ötən il Türkiyə lirəsi dollar qarşısında 30%-ə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85% yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-cü ilə kifayət qədər nikbin gözləntilər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha da canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı".

Millət vəkilinin sözlərinə görə, Türkiyə zəlzənin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya getməli ola bilər: "Hazırda xarici borcun ÜDM-ə nisbəti 34%-dir. Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43%-dək yüksələcəyi gözlənilir".

"Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin əraziləri yenidən qurub və bərpa etmək gücünə malikdir", - deyə V. Bayramov əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər