Türkiyədə dərslər bir həftəlik dayandırıldı

Türkiyədə dərslər bir həftəlik dayandırıldı


Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərdən sonra məktəblərdə bir həftəlik tətil elan edilib.

Hürriyet” xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmud Özər deyib.

“Bütün Türkiyədə fevralın 13-nə qədər məktəblərimizi bir həftəlik tətil edirik.

Beləliklə, xalq, dövlət olaraq həm prosesləri daha rahat həyata keçirmək, həm də digər vilayətlərdəki vətəndaşlarımızın, xüsusən də bu 10 vilayətdə qohum-əqrəbası olan vətəndaşlarımızın gediş-gəlişini asanlaşdırmaq baxımından bu qərarı vermişik. Amma bütün vilayətlərimizdə, xüsusilə 10 vilayətdəki bütün məktəblərimiz vətəndaşlarımızın xidmətinə açıq saxlanılacaq. Yaşayış və iaşə ilə bağlı bütün növ xidmətlər 7/24 fasiləsiz olaraq məktəblərimizdə və müəllim evlərində vətəndaşlarımıza çatdırılacaq",- deyə o söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər