Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov

Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov


Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir

Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov


Əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, respublikamızın digər rayonları kimi Qubada da rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir. Ölkəmizin ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər əkin sahələrini suvarmaq üçün təsərrüfat sahibləri torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt həm də su itkisinə səbəb olurdu. Artıq rayonda bu problem həll edilmək üzrədir. Belə ki, Quba rayon Suvarma Sistemləri İdarəsi tərəfindən köhnə su kanalları yenilənir. Hazırda bu məqsədlə torpaq kanalların beton üzlüyə alınması işləri görülür.

Su kanalların beton üzlüyə alınması ilə yanaşı rayonda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası da davam etdirilir. Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən Qusarçay çayının Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işləri görülür. Bu ərazidə çayın məcrası genişlənərək yaxınlıqdakı ərazilər üçün təhlükə yaradıb. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından tamamilə qorunacaq. Uzun illər sel təhlükəsindən əziyyət çəkən sakinlər də görülərn işləri yüksək qiymətləndirirlər. Onlar hesab edir ki, yeni bənd həm yaşayış evlərini həm də təsərrüfatları seldən tam şəkildə mühafizə edəcək.

Qeyd edək ki, hazırda Quba rayonunda ümümilikdə 26 min 33 hektar suvarılan ərazi mövcuddur. Görülən meliorativ tədbirlər nəticəsində həmçinin sahələri suvarma suyu ilə təmin edən torpaq kanallar mütamadi olaraq lil və kol-kosdan təmizlənir. Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, təmir planına uyğun olaraq gələcəkdə mərhələli şəkildə bütün torpaq kanallar beton kanallarla əvəz ediləcək.

Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov
Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov
Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov


Quba Suvarma Sistemləri İdarəsinin rəisi Süleyman Kərimov - Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri və xalq, vətən qarşısında misilsiz xidmətləri vardır.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri Ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur.

Azərbaycanın bugünki inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu.

Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.

Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir - Süleyman Kərimov


Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. İyunun 15-də Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bunun ardınca isə yaranmış siyasi zərurətdən asılı olaraq iyun ayının 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ömrünün böyük bir hissəsini öz xalqına həsr edən Ümummilli lider Heydər Əliyev bu cür mürəkkəb bir dönəmdə bütün məsuliyyəti öz üzərinə götürdü və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində mühüm zəruri tədbirlər görməyə başladı. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.

Ulu öndər Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.

Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər