Rusdan sülhməramlı çıxmaz... - FAKT BUDUR!

Rusdan sülhməramlı çıxmaz... - FAKT BUDUR!


Şuşa-Xankəndi yolunda 3 gündən çoxdur davam edən etiraz aksiyası sülhməramlıların missiyası məsələsini yenidən aktuallaşdırıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya müsahibəsində sülhməramlıların funksiyası ilə bağlı yeni təkliflər irəli sürüb. Həmin müsahibəni təqdim edir:

- Siz mətbuata açıqlamanızda Rusiya slühməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının real olduğunu demisiniz. Ukraynadakı müharibə fonunda vəziyyəti təhlil edərək sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasını “Çox real ssenari” adlandırmısınız. Sizcə, bu vacibdir, yoxsa real? Əgər realdırsa, onun mexanizmləri olmalıdır. 2020-ci il 10 noyabr Bəyanatında göstəriləndən, yəni sülhməramlıların 5 illik mandatı başa çatmadan Azərbaycanı tərk etməsi üçün əavə mexanizmlər varmı?

- Biz ilk növbədə, müəyyən etməliyik ki, sülhməramlıların fəaliyyəti bizim məqsəd və istəklərimizə uyğundurmu? Azərbaycanın taktikası da bununla bağlı omalıdır. Onların hüquqi statusu, səlahiyyətləri və Azərbaycanda peyda olmasında sanki hüquqi, siyasi əsaslar yox, hansısa stereotiplər mövcuddur. Bu stereotiplərə dəqiq ad tapmaq çətindir. Azərbaycan cəmiyyətində mövcud olan həmin stereotiplərlə bağlı mən məqalə də yazmışam. Mən orada beynəlxalq təcrübədən irəli gələn, bizim qanunvericiliyə uyğun olan və olmayan məsələləri təhlil etmişəm. Mən sülhməramlı qüvvələrin mövcud situasiyada hansı addımı atmalı olduğu məsələsi üzərində dayanıram.

Əvvəla, vəziyyətimizin spesifikliyi ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin və Monitorinq Missiyasının iştirakçılar tərəfindən təsdiq edilmiş mandatı yoxdur, onu qəbul edən dövlətlə anlaşma memorandumu da imzalanmayıb. Bu missiyanın Azərbaycanın suveren ərazisində yerləşdirilməsinin və fəaliyyətinin hüquqi əsası ölkə rəhbərliyinin razılığına əsaslanır.

- Siz stereotiplər dedikdə nəyi nəzərdə tutursuz?

- Söhbət sülhrməramlıların funksiyalarından, gəlmə səbəblərindən, səlahiyyətlərindən və sairədən gedir. Yəni bu, dünyada birinci missiya deyil. Onların mandatı yoxdur və beynəlxalq prosedurlara uyğun gəlməyiblər. Ümumiyyətlə süəhməramlılar hansı funksiya ilə gəliblər? Onlar vasitəçi kimi gəliblər? Artıq bölgədə münaqişə yoxdursa, vasitəçiliyə ehtiyac yoxdur. Onlar yardımçı funksiya yerinə yetirirlər. Deməli, onlar polis və patrul ximəti funksiyasını icra etməlidirlər. Onlar üçün hansı təlimatların əsas olduğuna aydınlıq gətirilməlidir. Bu, Moskvadan gələn təlimatlar olmamalıdır. Azərbaycan bəyan edib ki, siyasi proses reinteqrasiyadır. Onun necə həyata keçirilməsini nə Moskva, nə Ankara, nə də İrəvan deyil, Azərbaycan müəyyən edir. Deməli, onlar bizim tərəfimizdən yardımçı funksiya yerinə yetirməlidirlər. Biz onları vasitəçiliklə məşğul olmağa dəvət etməmişik. Münaqişə də həll olunub. Yəni buna aid stereotiplər aradan qalxmalıdır.

Bundan başqa, Azərbaycan dövlətinin qarşısında üç əsas vəzifə dayanır. Birincisi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qalıqları aradan qaldırılmalıdır. İkincisi, etnik təmizləməyə məruz qalmış əhalinin təhlükəsiz şəraitdə öz evlərinə qayıtmasının təminidir. Üçüncü vəzifə orada kompakt yaşayan ermənilərin reinteqrasiya prosesidir. Bir daha vurğulamaq istəyirəm ki, bu missiyanı Azərbaycan qəbul edib, Rusiya və Türkiyə isə yardımçı qismində burada iştirak edir. Yəni bu məsələlərin həllini tapmaq üçün struktur yaradılmalıdır.

-Sülhməramlı kontingentin dəvət edilməsi və mandatı 2020-ci il 10 noyabr Bəyanatı ilə müəyyən edilib. Sizin təkliflərinizin bir çoxu orada əksini tapmayıb. O halda tərəflər arasında yeni sənəd imzalanmalıdır?

- Xeyr. Çünki sülhməramlıların dəvət olunması daxili prosedurları keçməyib. Onların iştirakı beynəlxalq qanunlara uyğun mandata əsaslanmalıdır. Mandatı qəbul edən tərəf qarşılıqlı anlaşma memorandumunu imzalamalıdır.

- 10 noyabr Bəyanatında göstərilən müddət başa çatmadan sülhməramlıların çıxarılması mümkündürmü? Rusiya hərbi kontingenin daha çox qalmasına çalışır. Ona görə də Azərbaycanın istənilən təşəbbüsünə təxribatla cavab verə bilər...

- Biz ilk növbədə bir suala cavab tamalıyıq ki, sülhməramlı missiyanın fəaliyyəti və vəzifələri Azərbaycanın məqsədlərinə uyğundurmu? Əgər sülhməramlılar məsələn, “Azəriqaz”ın əməkdaşlarını qoruyan tərəf kimi onların yanında dayanacaqlarsa və “Azəriqaz”ın işçisi təhlükəsiz şəraitdə fəaliyyət göstərə biləcəksə, o zaman Rusiya hərbi kontingenti bundan sonrakı iki ili də ərazidə qala bilər. Bu mərhələni keçmək üçün onlar bizim maraqlarımıza uyğun fəaliyyət göstərməlidirlər. Biz özümüz bunu etmək istəsək, ermənilər təxribat törədəcək.

- İndi Şuşa-Xankəndi yolunda sülhməramlı hərbçilər azərbaycanlı vətəndaş cəmiyyəti fəallarının qarşısını kəsib. Onlar bu davranışı ilə Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin edir, yoxsa onlara mane olur?

- “Volkov nə üçün gəlmədi?” kimi suallara cavab tapmaq üçün biz sistemi təhlil etməliyik. Volkov kimə tabedir? Təbii ki, Moskvaya. Niyə belə olmalıdır? Biz onları dəvət etmişik ki, vasitəçilik etsilər, yoxsa erməniləri mühafizə etməklə məşğul olsunlar?

- Yəni sülhməramlılar fəaliyyətini Rusiyaya deyil, Azərbaycanla razılaşdırmalıdır?

- Bəli, sistem dəyişməlidir. Sülhməramlılar beynəlxalq qanunlara görə, BMT-nin qətnaməsi əsasında Azərbaycana gəlməyib. Ümumiyyətlə, sühməramlı kontingent texniki missiya yerinə yetirir. Onun üstündə siyasi proses ya danışıqlar, ya vasitəçilər olmalıdır. Bizdə bu siyasi qrup yoxdur. Çünki biz deyirik ki, münaqişə başa çatıb. Yəni danışıqlar prosesi mövcud deyil. Deməli, bu texniki missiya siyasi baxımdan bizə tabe olmalıdır. Bunu da hamı qəbul edib. Sülhməramlılar işğalın nəticəsini aradan qaldırmaq üçün öz işlərini görüblər. İndi onların yeni funksiyası üzə çıxıb. Bu, reinteqrasiya prosesində Azərbaycana yardımçı funksiyanı həyata keçirməkdən ibarətdir. Yəni onların polis missiyası formalaşıb. Polis orada reinteqrasiyanı təmin etməlidir. İndi bizim ekoloqlar deyir ki, Ağdərədə qızıl mədənində monitorinq aparmaq üçün bizim təhlükəsizliyimizi təmin et. Sabah da təbii qaz borusu çəkənlərin təhlükəsizliyini təmin etmək lazım gələcək.

- Əgər gəlmirsənsə, deməli, sənə ehtiyac yoxdur. Azərbaycanı tərk et...

- Bəli. Amma sülhməramlılar getməzdən öncə biz öz istəklərimizi formalaşdırıb konkret şəkildə irəli sürməliyik. Biz sülhməramlılara texniki yardım da göstərə bilərik, onları yanacaqla da təmin edərik. Erməni heç vaxt rusa qarşı təxribat törətməz, ondan qorxar. Ona görə də məndən soruşanda ki, bu missiya getsin, yoxsa qalsın, deyirəm, əgər biz onları düzgün istifadə edə bilsək, qoy qalsınlar.

- Sülhməramlılar Rusiyanın hərbi doktrinası ilə müəyyən edilmiş hüquqi öhdəliklərə əməl etmirlər. Onlar beynəlxalq hüququ nəzərə alacaqlarmı?

- Sülhməramlı fəaliyyətlə bağlı doktrina münaqişə zonasında fəaliyyəti nəzərdə tutur. Azərbaycan ərazisində isə münaqişə yoxdur. Biz burda reinteqrasiya prosesi həyata keçiririk. Qarabağdakı silahlı birləşmələr isə münaqişə tərəfi deyil, terrorçulardır. Bizdə fərqli vəziyyətdir. Cənab Prezident də deyib ki, münaqişə qurtarıb. İşğalın nəticələri aradan qalxıbsa, reinteqrasiya prosesi baş verməlidir. Buna nail olmaq üçün sülhməramlıların fəaliyyəti fərqli olmalıdır.

- Yeni missiyanın müəyyən edilməsi üçün Azərbaycan və Rusiya arasında yeni anlaşmanın əldə olunması nə qədər realdır?

- Anlaşma dedikdə, danışıb həll etmək mümkündür. Ayrıca sənəd imzalamağa ehtiyac yoxdur.

- Amma cəmiyyətdə belə bir stereotip formalaşıb ki, Rusiya hərbçilərini Azərbaycandan çıxartmaq mümkün deyil. Sülhməramlılar uzun müddət qalacaq, əks tədirdə Rusiya Azərbaycanı cəzalandırar və s…

- Bu, cəmiyyətdə məqsədyönlü şəkildə aparılan təbliğatın nəticəsidir. Məqsəd xof yaratmaqdır. Guya Rusiya Azərbaycanı Ukrayna kimi bombalayar. Bunlar yalandır və boş fikirlərdir. Əgər sülhməramlılar Azərbaycanda qalmaq istəyirlərsə, bizim maraqlarımıza uyğun fəaliyyət göstərməlidirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər