Noyabr-dekabrda bu ölkədə ara qarışacaq – Terebov əmin danışdı

Noyabr-dekabrda bu ölkədə ara qarışacaq – Terebov əmin danışdı


Hakimiyyət əleyhdarları noyabr-dekabr aylarından Belarusda aranı qarışdırmağa başlayacaqlar.

“Belta” xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədrinin birinci müavini Sergey Terebov məlumat verib.

“Sözün həqiqi mənasında noyabr-dekabr aylarında tələbələr arasında sosial gərginlik ocaqlarının yaradılması ilə növbəti etiraz dalğalanması başlayacaq. Bu, yaxın gələcəkdə gözlədiyimiz növbəti addımdır”, - o qeyd edib.

Terebovun sözlərinə görə, siyasi mühacirət mərkəzləri öz siyasi layihəsini inkişaf etdirməkdə davam edir və onun mühacirətdə olan keçid hökuməti kimi Qərb tərəfindən tanınmasını və maliyyələşdirilməsini təmin edir: “Burada yalnız bir məqsəd var. Bu da ondan ibarətdir ki, mövcud hakimiyyəti legitmilyindən məhrum edib terror hücumlarına və təxribatlara haqq qazandırmaqdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər