İlham Əliyev Zəngəzur dəhlizi və Laçın yolundan danışdı

İlham Əliyev Zəngəzur dəhlizi və Laçın yolundan danışdı


“Biz gözləyirik ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına riayət etsin”.

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın açılması məsələsinə hörmətlə yanaşmalıdır.

“10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktını imzalamasından il yarım vaxt keçsə də, bu keçid hələ də yoxdur. Bu, qəbuledilməzdir. Bu, Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulmasıdır”, - deyə İlham Əliyev bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra edir.

“Ermənistan bir il yarımdır ki, Laçın yolundan istifadə edir. Bununla da Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhali ilə əlaqə təmin edilir. Ancaq Ermənistan ərazisi vasitəsilə - Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb. Bu, ədalətli deyil və bununla razılaşmırıq”,-deyə İlham Əliyev əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər