Kürdəmir Bazarının müdiri Elnur Qəribov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Kürdəmir Bazarının müdiri Elnur Qəribov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Kürdəmir Bazarının müdiri Elnur Qəribovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kürdəmir Bazarının müdiri Elnur Qəribovdur.

Kürdəmir Bazarının müdiri Elnur Qəribov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elnur Qəribov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kürdəmir Bazarının müdiri Elnur Qəribova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Kürdəmir Bazarının müdiri Elnur Qəribov - Müasir dünyada möhkəm təməllər üzərində qurulmuş qardaşlıq əlaqələrinə malik ölkələrə rast gəlmək çox çətin məsələdir. Ola bilər ki, müxtəlif ölkələr arasında müəyyən səviyyədə qarşılıqlı dostluq əlaqələri var. Amma Azərbaycan və Türkiyə qardaşlığı qədər sınaqlardan alnıaçıq çıxmış başqa nümunə sayıla biləcək dövlətlər yoxdur. Bunun üçün çox uzağa getməyə ehtiyac yoxdur. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı qardaş Türkiyənin Azərbaycana olan dəstəyinin əyani şəkildə şahidi oldu. Azərbaycan əvvəlki illərdə Türkiyədə baş vermiş zəlzələlərdə qardaş əlini uzadan ilk dövlət olmuşdur. Yəni tarixdə Azərbaycan və Türkiyənin olduğu bütün proseslər hər iki dövlətin bir-birinə olan qardaşlıq dəstəyi ilə müşahidə olunub.

Bu gün də Azərbaycan bütövlükdə Türkiyədə baş vermiş zəlzələnin ağır fəsadlarının qısa zaman ərzində aradan qaldırılmasına səfərbər olunub. Cəmiyyətimiz zəlzələ nəticəsində onminlərlə insanın həlak olmasını böyük sarsıntı ilə qarşılamış və kədərlənmişdir.

Dövlətimiz başda olmaqla, ictimai təşkilatlar, özəl sektor, vətəndaşlarımız hər kəs zəlzələnin baş verdiyi ilk gündən qardaş Türkiyəyə yardıma yetişib. Zəlzələnin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həm siyasi həm də mənəvi dəstəyi verən məhz cənab Prezident İlham Əliyev olmuşdur. Azərbaycan tərəfindən Türkiyəyə dərhal xilasedici qruplar, humanitar yardım göndərilmiş və bu prosesdə hal-hazırda da davam etdirilir. Zəlzələ baş verən andan maddi vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız yardım toplama məntəqələrinə gedərək öz imkanları daxilində zəlzələdən əziyyət çəkmiş şəxslərə geyim, qida və digər lazımı vasitələr göndərməyə başladılar. Bu isə Azərbaycan və Türkiyə qardaşlığının ümumxalq səviyyəsində təzahürüdür.

Türkiyə güclü dövlətdir və əminik ki, qısa müddət ərzində zəlzələ baş vermiş ərazilərdə həyat yenidən öz axarına dönəcək, dağılmış şəhərlər yenidən qurulucaq. Azərbaycan bu prosesdə daim qardaş Türkiyənin yanında olacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər