Rauf Nağıyev: “Azərbaycanın beynəlxalq platformalarda yüksək fəallığı və prinsipiallığı əksər beynəlxalq təşkilatlar üçün əsl örnək ola bilər”

Rauf Nağıyev: “Azərbaycanın beynəlxalq platformalarda yüksək fəallığı və prinsipiallığı əksər beynəlxalq təşkilatlar üçün əsl örnək ola bilər”


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev - “Ölkə Prezidenti cənab İlham Əliyev sentyabr ayının 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində etdiyi çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini diqqət mərkəzinə çəkərək ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini bir daha qeyd etdi. Diqqətəlayiq haldır ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. İldə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malik olan və istehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bu müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldırmaqla, Xəzər donanmasının müasirləşdirməyə imkan verib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu, xüsusilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynaya bilər. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut ŞƏT ölkələrinin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır.”

Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətməklə regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradır və bununla Cənubi Qafqazın inkişafını ləngidir: “Birmənalı olaraq deyə bilərik ki, bu gün Avropa ilə Asiya arasında iqtisadi ticarət əlaqələrinin inkişafınd Cənubi Qafqazda sülh və sabitlik amili zəruri şərtlərdən biri kimi çıxış edir. Lakin təəssüflər olsun ki, Ermənistanın hələ də nümayiş etdirdiyi destruktiv mövqei regional sülhün bərqərar olmasını ləngididr. O cümlədən sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı yenidən genişmiqyaslı təxribatlar törətmişdilər. Əlbəttə ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Lakin Ermənistanın bu təxribatı iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə böyük bir zərbə oldu. Səmərqənd Sammitində çıxş edən Ölkə Prezidenti cənab İlham Əliyev bir daha vurğuladı ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yaranmış vəziyyətlə bağlı təəssüf doğuran məqamlardan biri də bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətidir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi illər uzunu kağız üzərində qaldı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmadı. Buna görə də Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və yalnız bundan sonra BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olundu”

“Biz bu gün qürur hissi ilə deyə bilərik ki, ölkəmizin son illər ərzində iştirak etdiyi bir çox beynəlxalq platformalarda nümayiş etdirdiyi yüksək fəallıq və obyektivlik göstəriciləri əksər beynəlxalq təşkilatlar üçün əsl örnək ola bilər. O cümlədən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Nəticədə Təşkilata üzv ölkələrin 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi barədə yekdil qərar qəbul olunmuş və 2019-2022-ci illər üzrə Hərəkata sədrlik missiyası Azərbaycana verilmişdir. Həm də bu qərar Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin lehinə səs verdiyi yekdilliklə qəbul edilib. Əlbəttə ki, bu da təsadüfi deyil. Məsələ bundadır ki, Azərbaycan Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və ölkəmizin irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib. Elə 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-ci ilin axırına kimi uzadılması da ölkəmizə qarşı böyük hörmət və etimadın bir göstəricisidir”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər