Ərdoğandan Gülşenin qalmaqallı olayına REAKSİYA

Ərdoğandan Gülşenin qalmaqallı olayına REAKSİYA


“İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə istintaqa cəlb edilən müğənni Gülşen Çolakoğlu İstanbulda verdiyi konsertdə “İmam hatip” liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə ötən cümə axşamı məhkəmə tərəfindən həbs edilib. Dünən vəkilinin etirazından sonra müğənni ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Gülşenin həbsi ilə bağlı sərt açıqlama verib.

“Son günlərdə millətimizin ən böyük gücü olan qardaşlığa qarşı təxribatların çox ciddi həddə çatdığını, ibadət yerlərimizin və imam hatiplərimizin hədəf alındığını görürəm.

Millətimizin müqəddəs dəyərlərini təhqir edənlər, tarixi şəxsiyyətlərimiz arasında ayrı-seçkilik yaradan, fitnə alverçisinə çevrilməyə çalışanlar öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər”, – deyə Ərdoğan fikirlərini ifadə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər