Növbəti antiterror əməliyyatı QAÇILMAZDIR... - “İrəvan sülhə məcbur edilməlidir”

Növbəti antiterror əməliyyatı QAÇILMAZDIR... - “İrəvan sülhə məcbur edilməlidir”


Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü avqustun 31-də Moskvada baş tuta bilər.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Rusiya dairələrindən alınan məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi haqda məsələni qaldıracaq. Rusiyalılar hesab edir ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxtı uzatmağa imkan vermək niyyətində deyil”, - nəşr qeyd edib.

Qeyd edək ki, avqustun 19-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Müzakirələr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın vasitəçiliyi ilə baş tutub. Hikmət Hacıyevlə Armen Qriqoryanın Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçiriləcək görüşün detalları ilə bağlı bir sıra məsələləri razılaşdırdığına dair məlumat yayılıb. Bu isə Moskva danışıqlarında hər hansı sənədin imzalanacağı barədə proqnozları meydana çıxarıb. Xüsusilə də Nikol Paşinyanın yaxın günlərdə Zəngəzur dəhlizinin açılmasını elan edəcəyi xəbər verilir. Digər anlaşma Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması barədə ola bilər.

Əslində, bu öhdəlik 2020-ci il 10 noyabr Bəyanatının 4-cü bəndində nəzərdə tutulduğuna görə, yeni bir sənədin imzalanmasına ehtiyac yoxdur. Sadəcə, Azərbaycan sülh prosesinə mane olan səbəblərdən biri kimi bu problemin icrasını danışıqların əsas şərti kimi növbəti dəfə qaldıra bilər. Ona görə də Moskva görüşündə bu və ya digər razılaşmanın əldə olunacağına dair gözləntilər var. Dia.az-ın məlumatına görə, politoloq Teymur Qasımlı Cebhe.info-ya açıqlamasında bildirib ki, mövcud situasiyada Ermənistanın danışıqlar yolu ilə üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi inandırıcı görünmür. Ona görə də Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etməlidir:

“Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan Təhlükəsizlik Şurasının Brüsseldəki görüşü Avropa İtifaqının nümayəndəsi Toyvo Klaarın vasitəçiliyi ilə baş tutub.

Bunun Rusiyaya aidiyyatı yoxdur. Müzakirələrdə müsbət nəticələrin əldə olunduğu deyilsə də, mətbuata açıqlanmayıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın avqustun 31-də Moskvada görüşəcəyi haqda məlumatı isə Ermənistan mətbuatı yayıb. Yəni bu məlumat Azərbaycan tərəfindən rəsmən təsdiqlənməyib. Avqustun 31-ə hələ vaxt var. Ona görə də bu barədə dəqiq fikir söyləmək çətindir. Ermənistan mediası onu yazır ki, Zəngəzur dəhlizi məsələsi ilə bağlı İlham Əliyev masada çox qəti mövqe nümayiş etdirəcək və Ermənistandan bunu yerinə yetirməyi tələb edəcək. Moskva görüşündə Zəngəzur dəhlizi məsələsi gündəmə gəlsə belə, mən bunun yaxın müddətdə həll olunacağına inanmıram. Çünki İran buna kəskin etiraz edir. İran Zəngəzur dəhlizini özünün milli təhlükəsizlik və dövlət maraqlarına zidd hesab edir. Ona görə də yaxın müddətdə Zəngəzur dəhlizinin açılacağını düşünmürəm. Azərbaycan Prezidenti qeyd etdiyi kimi Ermənistan Zəngəzur dəhlizini istəmirsə, Azərbaycan da Laçın dəhlizini ləğv etməlidir.

Qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasına gəlincə, bunu reallıqdan uzaq sayıram. Ermənistan son iki ildə silahlı birləşmələrin çıxarılacağına dair çox vədlər verib, amma əməl etməyib. Həmin bölgəyə səfər edən jurnalist Eynulla Fətullayevin açıqlamasına görə, sülhməramlıların polkovniki rəsmən ona deyib ki, hamının evində silah var. Ona görə də oradakı qanunsuz silahlı birləşmələrin çıxarılacağına inanmıram. Erməni silahlılarının mövcudluğuna son qoyulması yalnız “Qisas” əməliyyatında olduğu kimi Azərbaycan ordusunun güc tətbiq etməsi yolu ilə təmin edilə bilər. Bu səbəbdən, Moskva görüşü olsa belə, bunu Avropa İttifaqının danışılardakı moderatorluğuna qarşı Moskvanın alternativ addımı kimi dəyərləndirirəm. Biz özümüzü aldatmamalıyıq. Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsini istəmir. Azərbaycan yalnız antiterror əməliyyatı aparmaqla Ermənistandan öz istədiyini ala bilər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər