Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb

Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb


Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmiləri arasında görüş keçirilib.
Bu barədə Aİ-nin saytında məlumat verilib.

Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri artırmaq məqsədilə təşkil edilib.

Görüş zamanı, xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək danışıqlara hazırlıqla bağlı müzakirələr aparılıb.

Hikmət Hacıyev və Armen Qriqoryan substantiv müzakirələr zamanı 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərinin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycanla Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti kimi məsələlərin spektrini nəzərdən keçiriblər. Belə ki, ölkə liderlərinin növbəti həftələrdə yenidən görüşü barədə razılığa gəlinib. Bildirilib ki, aprelin 6-da keçiriləcək görüşdə əvvəl qaldırılan məsələlərlə yanaşı, sülh sazişinin perspektivləri ilə bağlı müzakirələr davam etdiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər