İstefa verən Conson jurnalistikaya qayıdır?

İstefa verən Conson jurnalistikaya qayıdır?


Pandemiya zamanı baş nazirin iqamətgahında verdiyi gizli şənliklərə görə istefa verməli olan İngiltərə Baş naziri Boris Consonun yenidən jurnalistikaya dönəcəyi iddia edilib.

Bu barədə “The Guardian”məlumat yayıb. Qəzetin həftə sonu dərc etdiyi xəbərə görə, İngiltərənin məşhur tabloid qəzetlərindən biri olan “Daily Mail”, Boris Consona köşə yazarı olmağı təklif edib.

“Daily Mail”in anonim mənbələri təklif olunan maaş və ya digər detallar barədə məlumat paylaşmayıb. Hələlik nə Baş nazirlik rəsmiləri, nə də “Daily Mail” bu iddialara cavab verməyib.

Qeyd edək ki, Conson 2016-cı ildə dövlət katibi vəzifəsinə başlamazdan əvvəl ölkənin məşhur “The Telegraph” qəzetinin köşə yazarı olub. O zaman Boris Conson ayda 10 saat işləyirdi və ildə 275 min funt sterlinq (təxminən 133 min manatdan çox) maaş alırdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər