Zelenskinin jaketi London hərracında rekord məbləğə satıldı

Zelenskinin jaketi London hərracında rekord məbləğə satıldı


Ukrayna Prezidenti Volodimir Zelenskinin jaketi Londonda 90 min funt-sterlinqə (110 min dollar) satılıb.

“Qafqazinfo” “The Daily Telegraph”a istinadən xəbər verir ki, geyim mayın 5-də Sotheby's hərrac evinin təşkil etdiyi xeyriyyə hərracında satılıb.

Satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları daha fəal şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.

Bundan başqa, aprelin əvvəlində Kiyevə səfəri zamanı Consona hədiyyə edilən keramika xoruzu da hərraca çıxarılıb.

Yığılan vəsait Ukraynaya humanitar yardım göstərmək üçün istifadə edilməlidir. Hərracdan əldə edilən ümumi məbləğ açıqlanmır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər