Ramin Qasımov: Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub

Ramin Qasımov: Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub


Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov - İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında “Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Belə ki, qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.

Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı , paylaşmağı öyrədir.

Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu güclü respublika olaraq 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik. Allah bütün kəsilən qurbanları qəbul etsin. Azərbaycan dövləti koronavirus pandemiyası dünyanı ağuşuna alan vaxt Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı, 5 ölkəyə peyvənd ianəsi edib. Hazırda Qoşulmama Hərəkatına üzv olan bir neçə ölkəyə təqribən bir milyon doza peyvənd vaksini ianə edilmişdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın qlobal fəaliyyət planı hazırlamış, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı səylərini səfərbər etməsi istiqamətində irəli sürdüyü təşəbbüslər Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının nüfuzunun dünya miqyasında yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.
COVID-19 ilə mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınmasında BMT-nin müstəsna rolu var. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı dövlətləri ilə əməkdaşlıq və həmrəylik ruhunda səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır. Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır.
Azərbaycan dövləti qlobal humanitar missiyasını uğurla davam etdirir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə az inkişaf etmiş ölkələrə yardımlar edir. Bu missiya Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər