Hərbi təlimlərə çağırışla bağlı RƏSMİ AÇIQLAMA

Hərbi təlimlərə çağırışla bağlı RƏSMİ AÇIQLAMA


Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.

Təlim toplanışı iyulun 23-dək davam edəcək.Hərbi təlimlərə çağırışla bağlı RƏSMİ AÇIQLAMAHərbi təlimlərə çağırışla bağlı RƏSMİ AÇIQLAMAHərbi təlimlərə çağırışla bağlı RƏSMİ AÇIQLAMAHərbi təlimlərə çağırışla bağlı RƏSMİ AÇIQLAMAБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər