İranda fabrikdə partlayış baş verdi - 100-dən çox yaralı var

İranda fabrikdə partlayış baş verdi - 100-dən çox yaralı var


İranın Fars əyalətinin Firuzabad şəhərində natrium karbonat zavodunda partlayış baş verib.

Xarici KİV xəbər verir ki, partlayış Firuzabad natrium karbonat fabrikində çənlərdən birində sızma nəticəsində baş verib.

Fars Dövlət Təcili Tibbi Yardım və Qəza Mərkəzinin direktoru Məhəmməd Cavad Muradiyan verdiyi yazılı açıqlamada partlayışın törətdiyi yanğında 112 nəfərin yaralandığını açıqlayıb.

Xəsarət alanlar arasında qazdan zəhərlənənlərin də olduğunu qeyd edən Muradiyan yaralıların Firuzabad xəstəxanasına aparıldığını bildirib.

Fars Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Halil Abdullahi də hadisənin tez bir zamanda təxliyə edildiyini və partlayış nəticəsində heç bir insan itkisinin olmadığını qeyd edib.

Yanğının fabrikin digər çənlərinə keçməsi və qazın yayılması ilə əlaqədar Cem-Firuzabad yolu da keçidlərə bağlanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər