Azərbaycanda un və çörək bazarında araşdırmalara başlandı

Azərbaycanda un və çörək bazarında araşdırmalara başlandı


Dünyada baş verən qlobal qiymət artımı fonunda Azərbaycanda da bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bununla əlaqədar Dövlət Xidməti un və çörək bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Promart” MMC tərəfindən heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Promart” MMC barəsində iş qaldırıb və nəticəsindən asılı olaraq, qanuna müvafiq tədbir görüləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər