Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL

Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL


Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də İsmayıllı rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm yerli ictimaiyyət, həm də ölkə rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.
Əlbəttə ki, İsmayıllının iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündəhəm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdur.

Nahid Bağırovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Nahid Bağırov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Nahid Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov - Biz Prezident İlham Əliyev cənablarının əmr və göstərişlərini daim icra edirik. Bunun da sübutu kimi gedin İsmayıllı camaatından soruşun. Onlar sizə öz razılıqlarını çatdırar. Sadəcə olaraq böhtan yazanlar mənim gördüyüm işlərə kölgə salmağa çalışırlar. Amma hər dəfəsində bu çirkin niyyətləri baş tutmur, tutmayacaqda!"

İsmayıllı şəhərinin küçə və yollarında abadlıq işləri davam etdirilir

Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL


Şəhərin ən böyük küçələrindən olan Ə.Ələkbərzadə küçəsində geniş abadlıq- quruculuq işlərinə başlanılıb. Küçədə köhnə, primitiv dəmir vərəqlərdən ibarət hasarlar sökülərək müasir dekorativ panel hasarlarla əvəz olunur.

Küçənin yaşıllaşdırılması ən mühüm tədbirlərdəndir. Bu məqsədlə ağac əkiləcək ərazilər öncədən hazırlanıb, münbit torpaq daşınıb və şəhərə görkəm verəcək 400 ədəd eldar şamı və sərv ağacı əkilib. Küçənin kənarlarında bitən bioloji inkişafı zəif olan, həmçinin bioloji inkişafdan qalmış ağacların budanması və götürülməsi işləri də həyata keçirilib. Bu mühüm tədbirlərin aparılmasında İsmayıllı Kommunal Müəssisələri Kombinatı, 12 saylı Yol Yaşıllaşdırma İdarəsinin kollektivi daha fəallıq göstərir. Şəhərin digər küçələrinin də yenidən qurulması, abadlaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏLGünügündən gözəlləşən İSMAYILLI - ÖZƏLGünügündən gözəlləşən İSMAYILLI - ÖZƏLGünügündən gözəlləşən İSMAYILLI - ÖZƏLGünügündən gözəlləşən İSMAYILLI - ÖZƏLGünügündən gözəlləşən İSMAYILLI - ÖZƏL
Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər