Eyvaz Hüseynov: Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi

Eyvaz Hüseynov: Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi


Şəhid Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.

Eyvaz Hüseynov: Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi


Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiq qeyd etmişdir ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Mirzəyev Elmin Əvəz oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı Elmin Mirzəyev kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Bəxtiyar Hümbətov çıxış edərək Şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini qeyd etmişdir.
Şəhid Elmin Mirzəyevin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Şəhid Mirzəyev Elmin Əvəz oğlu 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

Eyvaz Hüseynov: Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi
Eyvaz Hüseynov: Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi



Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov - Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı. Bu il Xocali faciəsinin törədilməsindən 30 il keçir. Bu tarix xalqımızın qan yaddaşı tarixidir. Xocalı soyqırımı tək Azərbaycan tarixində deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş ən acımasız kütləvi qırğınlardan biridir. Qədim tarixə malik olan ölkəmiz dəfələrlə bu cür faciələrlə üzləşmişdir. Xocalı dəfələrlə hücumlara məruz qalmışdır. 1992-ci il 26 fevral gecə saatlarında erməni silahlı birləşmələri və Sovet ittifaqının 366-cı motoatıcı alayı şəhəri mühasirəyə alır. Silahsız əhali şəhəri tərk etməyə çalışır. 600 nəfərdən artıq Xocalı sakini qətlə yetirlir. Mindən artıq insan əsir götürülür.

Hadisənin ən dəhşətli tərəfləri ondan ibarətdir ki, insanlar qətlə yetirilərkən, güllələnərkən onların yaşı, cinsi, silahlı olub-olmamağı nəzərə alınmırdı. Xocalı faciəsində 63 uşaq, 106 qadın, 70 yaşlı insan qətlə yetilib. Qətlə yetirilənlərin cəsədləri üzərində belə insanlıqdan uzaq vəhşiliklər törədilib. Minlərlə mülki şəxs əsir götürülüb. Əsirlikdə olan bu insanlar ağılasığmaz işgəncələrə məruz qalıblar.

Xocalı faciəsindən 3-4 gün sonra 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirilmişdir. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyan öz kitabında etiraf edir: “Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.

O zamanlar Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərən, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməyindən sonra Xocalı faciəsinə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Bu barədə nəinki ölkə daxilində, eyni zamanda dünyanın bir çox yerlərində faciəni dünya ictimayətinə geniş şəkildə çatdırmaq üçün təbliğat aparılır.

Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.

Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumilikdə, 20 Yanvar, Qarabağ şəhidlərinin, eləcə də həm Xocalının, həm də xocalıların qisası alındı. Azərbaycan Ordusunun hücumuna, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzaladı. Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edildi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması, 44 gündə 100-ə yaxın mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan terror aktlarını törətməsinə, eyni zamanda 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən edilən vəhşiliklərə qarşı bəzi ölkələrin biganə münasibəti keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə üzə çıxardı.

Günahsız, əliyalın, bir gecənin qurbanı olan, şaxtalı bir gecədə evindən çıxarılan, dağlarda, meşələrdə həftələrlə qalan Xocalılara qarşı törədilən soyqırımı, gözlərinin önündə əzizlərinin və ata-baba yurdlarının şəhid edilməsi bütün xalqımıza, ümumilikdə bəşəriyyətə, insan amilinə qarşı törədilən faciədir. Bu faciə heç vaxt unudula bilməz. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir. Əminik ki, zaman gələcək ki, bütün dünya erməni qəddarlığını, vəhşiliyini lənətləyəcək, Xocalının məruz qaldığı vəhşiliyə hüquqi qiymət veriləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər