İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi - VİDEO

İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi - VİDEO


ARB TV-nin “Səni Axtarıram” verilişində İsveçdə ölən qızın cənazəsi Azərbaycana gətirilərək kanalın qarşısında ailəsinə təhvil verilib.

Mərhum Şəbnəmin anası Fəzilə xanımın “Səni Axtarıram”a müraciəti qızının cənazəsinin İsveçdən Azərbaycana gətirilməsi ilə bağlı olub.

Şəbnəmin həyat yoldaşı Elvinin və qayınanası Aygünün dediyinə görə, Şəbnəm intihar edərək özünü gölə atıb. Deyilən ölüm səbəbinə inanmayan mərhum qızın valideynləri onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edirlər.

Onu da qeyd edək ki, Şəbnəmin cənazəsinin İsveçdən Azərbaycana gətirilməsinə həyat yoldaşı Elvin mane olurdu. Cənazənin Azərbaycana köçürülməsində dəstək olanlar və eyni zamanda verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Elvin və arxasında duran şəxslər tərəfindən hədələnirdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər