“Survivor All Star”da gərgin anlar: Yumruqlar işə düşdü

“Survivor All Star”da gərgin anlar: Yumruqlar işə düşdü


“Survivor All Star” yarışmasının ada məclisində Yasin Obuz və Hikmət Tuğsuz arasında dava düşüb. Məclisin çəkilişləri başa çatan kimi Acun Ilıcalı studiyanı tərk etmək istəyərkən gözlənilməz dava baş verib.

Baku.ws məlumatına görə, ada yığıncağından dərhal sonra Yasin Hikmətlə mübahisəyə başlayıb.

Yasin əvvəlcə Hikmətin üstünə qışqırıb, daha sonra ona fiziki təzyiq göstərib.

Mübahisə zamanı Yasin Hikmətin ona böhtan atdığını deyib: "Biz kürsüdəyik və insanlar bizə səs verir. Amma bir dostum hələ də şər-böhtan ataraq məni pis göstərməyə çalışır".

Proqramın çəkiliş heyəti iştirakçıları çətinliklə sakitləşdirib.

Bu səbəbdən təcili məclis təşkil edən Ilıcalı iştirakçılara öz iradını bildirib: "Ada məclislərində çox gərginlik görürük. Amma bir neçə saat əvvəl baş verən bu hadisə kimi bir şey görməmişdik. Sizinki açıq-aşkar sözlü hücumdur, sonra fiziki hücumdur".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər