Çeçenistan prezidenti Kadırovdan Türkiyəyə təhdid

Çeçenistan prezidenti Kadırovdan Türkiyəyə təhdid


Çeçenistanın prezidenti Ramazan Kadırov Kocaelidə açılan Cövhər Dudayev parkına görə Türkiyəni təhdid edib.

“Haber7” xəbər verir ki, Kocaeli Körfez Bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Cövhər Dudayev Parkı son bir neçə gündə tamamlanaraq istifadəyə verilib.

Dudayev parkının açılması isə Çeçenistan rəhbərliyinin etirazına səbəb olub.

Sosial media hesabında açıqlama verən Kadırov parkın açılışından sonra Qroznıda da PKK başçısı Abdulla Öcalanın adının əbədiləşdirilməsi istiqamətdə addım atacağını deyib.

Türkiyə mediası yazır ki, Dudayev Türkiyənin yaxın dostu olub. O, Türkiyəni türk dünyası və İslam dünyası üçün ümid çırağı kimi xarakterizə edərək belə deyib: “Unutmaq olmaz ki, Türkiyə həm türk dünyasının, həm də İslam dünyasının ümid işığıdır. Bu işığın sönməsi həm İslam dünyasının, həm də Türk dünyasının qaranlığa qərq olması deməkdir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər