Kadırovdan korona çağırışı: Namaz qılın…

Kadırovdan korona çağırışı: Namaz qılın…


Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusdan qorunmaqla bağlı insanlara məsləhətlər verib.

Kadırov bununla bağlı Teleqram kanalında yazıb.

“Əvvəla, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinməyə, uşaqları izdihamlı yerlərə aparmamağa, xarici səfərlərdən qəti şəkildə imtina etməyə çağırıram. Müsəlmanlara gündə 5 dəfə namaz qılmaq əmr olunub. Onlar ciddi şəkildə sağlamlıqlarının qayğısına qalmalıdır. Xüsusilə gigiyena qaydalarına, təmizliyə, səliqəyə önəm verməlidirlər”, – Kadırov bildirib.

O, respublika rəhbərliyinin hərtərəfli tədbirlər gördüyünü, Çeçenistanda koronavirusa yoluxma halının baş vermədiyini vurğulayıb. /Axar.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər