Qağaməli Seyfullayev: Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru

Qağaməli Seyfullayev: Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru



“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev - Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində İspaniyanın “El Pais” qəzetinə geniş müsahibə verib. Jurnalist cənab Prezidentə müxtəlif aspektlərdən suallar ünvanladı. Ünvanlanan suallar regional məsələlərdən qlobal məəslələrə qədər, dünya ictimaiyyətinin bu gün marağında olan bir çox məsələlərlə bağlı idi. Cənab Prezidentin jurnalistə təmkinlə verdiyi məntiqli cavabları Brüsseldə keçirilən görüşlər ərəfəsində Azərbaycanın mövqeyini ifadə edən bir anons kimi də başa düşmək olardı.

Müsahibədə cənab Prezident Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizlə ölkə ərazi bütövlüyünün təmin edilməsindən və yaratdığımız yeni reallıqdan geniş danışdı. Müsahibədə ölkə başçımız gələcəyə baxışlarımızı ifadə etdi. Beləki, Azərbaycan düşmənçilik səhifəsini bağlayaraq Ermənistana sülh əlini uzadır. Ölkələrarası sərhədlərin delimitasiya-demarkasiya olunması, son sülh müqaviləsinin bağlanması və qonşuluq münasibətlərin yaradılması yaratdığımız yeni reallıqdır. Brüsseldə keçirəcək görüşlə ondan əvvəl keçirilmiş üçtərəfli görüşlər arasında bir fərqin görmədiyini bildirməklə Prezident İlham Əliyev bir növ Brüssel görüşünün gündəliyini təsdiq etmiş oldu. Əsir düşmüş və itkinlərlə bağlı münasibətdə ölkə başçımız Azərbaycanın 10 noyabra olan hərbi əsirlərini qaytardığını və hal-hazırda saxlanılanların hərbi əsir yox, təxribatçılar və cinayətkarlar olduğunu bildirməsi öllkəmizin beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin açıqlanmasıdır.

Ümumiyyətlə cənab Prezidentin müsahibəsini Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru kimi qeyd edə bilərik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər