Moskvada Qarabağda ermənilər tərəfində döyüşmüş “Yenot”un məhkəməsi başlayıb

Moskvada Qarabağda ermənilər tərəfində döyüşmüş “Yenot”un məhkəməsi başlayıb


Moskvada 2-ci Qərb Dairə Hərbi Məhkəməsində Qarabağda erməni tərəfində döyüşən “Yenot” komnadirlərinin işi üzrə məhkəmə prosesi başlayıb.

Müttəhimlər kürsüsündə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) mayor rütbəli iki keçmiş zabiti və 2011-ci ildə yaradılmış adı çəkilən özəl hərbi qruplaşmanın rəhbəri var.

“Yenot”un muzdlu döyüşçüləri Qarabağda ermənilər tərəfində, həmçinin Suriya və Donbassda da döyüşüblər.

“Lenta” xəbər verir ki, “Yenot”un yaradısıcı “İşıqlı Rusiya” millətçi hərəkatının lideri İqor Manquşev hesab edilir. Muzdlu döyüşçülərdən ibarət “Yenot”u keçmiş FSB mayorları tərəfindən idarə edilib.

Onlar “Yenot” fəaliyyəti müddətində Donbassda, Suriyada və Qarabağda ermənilər tərəfdən hərbi əməliyyatlarda iştirak etdiklərini qeyd etməkdən çəkinməyiblər.

“Yenot” fəaliyyətini təkcə münaqişə bölgələri ilə bitirməyib, eyni zamanda rusiya daxilində cinayət əməlləri ilə məşğul olub.

Nəticədə “Yenot” barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci (Oğurluq), 162-ci (Soyğunçuluq), 209-cu (Banditizm) və 210-cu (Cinayətkar birliyin təşkili) maddələri cinayət işi başlanıb. Mühakimə olunanları 8 -11 il müddətində məhbəs həyatı gözləyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər