Rusiyalı ekspert: "Azərbaycan faktiki olaraq Ermənistanın cənub hissəsinə nəzarət edir"

Rusiyalı ekspert: "Azərbaycan faktiki olaraq Ermənistanın cənub hissəsinə nəzarət edir"


Azərbaycan ələ keçirdiyi strateji əhəmiyyətli yüksəklikləri saxlayır və faktiki olaraq Ermənistan ərazisinin bir hissəsinə nəzarət edir.

Bunu “regnum”a açıqlamasında hərbi ekspert Andrey Kamıjikin deyib.

Ekspert əlavə edib ki, atəşkəs əldə olunanadək Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bir neçə strateji əhəmiyyətli yüksəklikdə möhkəmlənməyə nail olublar.

“Bu mövqedən onlar İrəvanı Gorusla birləşdirən, sonra isə Qarabağa və Ermənistanın cənub hissəsinə aparan M-2 magistralına nəzarət edə bilərlər”, – Kamıjikin qeyd edib.

Ekspert əlavə edib ki, lazım gələrsə, Azərbaycan ordusu bu yüksəkliklərdən Qarabağ ərazisində və Kəlbəcərdə yerləşən artilleriyasının işini yaxşı tənzimləyə bilərlər.

“Regionda vəziyyət son dərəcə qeyri-müəyyəndir, biz hadisələrin inkişafını müşahidə etməkdə davam edirik”, - ekspert vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər