"Ya sülhməramlı kimi vəzifənizi icra edin, ya da çıxın gedin" - Hərbi ekspert

"Ya sülhməramlı kimi vəzifənizi icra edin, ya da çıxın gedin" - Hərbi ekspert


Rus sülhməramlıları, başda Muradov olmaqla, prezident Putinin "Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir" bəyanatını qulaqardına vura bilməz. Əks halda o qulağı dibindən itirər.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Rusiya sülhməramlıları tərəfindən təqdim edilən 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə çox yanlış bir addımdır:

"Erməni silahlı birləşmələri o ərazilərdən çoxdan, yəni Azərbaycan əsgərinə və mülki vətəndaşlara hücumdan çox əvvəl çıxarılmalı idi. Bu sülhməramlıların ən vacib vəzifəsidir. Ya vəzifənizi icra edin, ya da çıxın gedin, əsgərimiz bu işi bir həftədə bitirsin. Hər dəfə əsgərlərimiz şəhid olandan sonra ayılacaqsınızsa, belə fəaliyyət başınıza dəysin.

Baş verən bu son hadisələr heç də xoşagələn deyil. Nəzərə alsaq ki, Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə heç bir razılaşma olmadan özlərinə uyğun olan fəaliyyətlərinin miqyasını, əhəmiyyətini artırmaq üçün Hadrut istiqamətində Azərbaycan Ordusuna qarşı törədilən terror aktından sonra həmin əraziləri sülhməramlı missiyanın fəaliyyət dairəsinə daxil ediblər, düşünürəm ki, bu, yanlış bir addımdır və yaxın günlərdə mütləq aradan qaldırılacaq. Lakin burada maraqlı olan odur ki, Rusiya sülhməramlıları nədən həmin silahlıları vaxtında təmizləmədilər?! Bu, onların bir nömrəli vəzifələri idi. Əks halda Azərbaycan tərəfi erməni silahlılarını Azərbaycan ərazilərindən tamamilə silinib, süpürülüb və təmizlənməsi hüququnu özündə saxlayır. Bu istiqamətdə lazım olan bütün addımlar, o cümlədən silahlı müdaxilə belə istisna edilmir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər