Qriqoryan: "Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd prosedurlarına başlayıb"

Qriqoryan: "Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd prosedurlarına başlayıb"


“Bu gün (yəni noyabrın 10-dan 11-nə keçən gecə-red) Azərbaycan tərəfi erməni tərəfinə məlumat verib ki, saat 00:00-dan etibarən Gorus-Qafan avtomobil yolunun hissələrində gömrük və sərhəd prosedurlarını həyata keçirəcək, yəni keçid məntəqəsi yaradacaq”.

“Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi qarşılıqlı addımlar atacaq, gömrük məntəqələri yaradacaq. O qeyd edib ki, artıq işlərə başlanılıb.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, alternativ Qafan-Tatev yolu artıq hazırdır və bu yol vasitəsilə həm Gorusa, həm də İrəvana getmək olar. Bu o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçidi, həm də yüklərin daşınması üçün təhlükəsiz alternativi var.
Bundan əlavə, hazırda Şurnux, Vorotan və Çakatənə gedən icmadaxili yolların təmiri davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər