Azərbaycan hərbçiləri ölkəni İranla birləşdirən yolu bağladı - Ermənistan MTX

Azərbaycan hərbçiləri ölkəni İranla birləşdirən yolu bağladı - Ermənistan MTX


Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Oxu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

"Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.//oxu.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər