Səkinə xanım Babayeva: Bu il Azərbaycan tarixinin ən şərəfli illərindən sayılır..

Səkinə xanım Babayeva: Bu il Azərbaycan tarixinin ən şərəfli illərindən sayılır..


Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva - Prezident İlham Əliyev 27 sentyabr- Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamimzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına alı ehtiramın göstəricisidir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdi. 44 günlükmüharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
1988-ci ildən etibarən Azərbaycanın ən ağrılı problemi olan və Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə dondurulmuş münaqişə olaraq dəyərləndirilən Dağlıq Qarabağ məsələsi, nəhayət ki öz ədalətli həllini tapdı. Uğurlu hərbi əməliyyatla çox qısa bir müddətdə cəmi 44 gün ərzində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi.

İkinci Qarabağ zəfərinə müxtəlif aspektlərdən baxdığımız zaman diqqət edilməsi lazım olan əsas məsələ Azərbaycanın bu müqəddəs müharibədə tamamilə haqlı olmasıdır. Belə ki, 30 ilə yaxın müddətdə BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğala dərhal son qoymağa çağırsa da mənfur düşmən hüquq normalarını heçə sayaraq heç bir əməli addım atmamışdır.

Ölkəmizin bu möhtəşəm zəfər qazanmasında ən öndə gələn səbəb isə şübhəsiz ki, ordu quruculuğu və bu siyasətin başlıca nəticəsi olan hərbi üstünlüyüdür. ABŞ-ın Global Fire Power təşkilatının yayınladığı mövcud hərbi güc indeksinə nəzər yetirdiyimiz zaman bu üstünlük bariz şəkildə özünü göstərir. Belə ki , Azərbaycan 64-cü , Ermənistan isə 111-ci yerdə qərarlaşıb. Həmçinin müharibənin başladığı 27 sentyabr tarixində ordumuzun 67 min nəfərinə qarşı düşmən 45 min nəfərlə müqavimət göstərməyə cəhd etmişdir. Bununla yanaşı hərbi əməliyyatların gedişində Ermənistanın 5 milyard dollar dəyərində silah sursatının ələ keçirilməsi və ya məhv edilməsi düşmənin məlubiyyətinin miqyası haqqında kifayət qədər dolğun təəsurat yaradır.

Həddən artıq ustalıq və ehtiyatlı beynəlxalq siyasət də qələbəmizi şərtləndirən əsas amillərdən hesab olunmalıdır. Türkiyənin siyasi, hərbi dəstəyini almaqla yanaşı Rusiya və İranın bitərəfliyinə nail olmaq düşünülmüş və uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Prezident İlham Əliyevin müharibə əsnasında bütün məsələlərə birbaşa təsir göstərməsi xüsusilə təqdirəlayiqdir. Onun dünyaca məşhur telekanallara və digər media orqanlarına səlis , səmimi və inamlı müsahibələr verməsi həmçinin xalqı müharibəyə aid ugurlar barədə şəxsən məlumatlandırması diqqətəlayiq hadisələrdəndir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiyaya uğrayaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Bu il Azərbaycan tarixinin ən şərəfli illərindən sayılır. Bu mənada, hər birimiz bu şanlı tarixə şahidlik etdiyimizə görə mübaliğəsiz olaraq özümüzü bəxtəvər saya bilərik. İndiyə qədər təqvimlərdə şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin işğal tarixlərini göstərən qara haşiyəli günlərin kədərini qəlbində daşıyan bizlərə bu günlər düşmən əsarətindəki torpaqlarımızın azad edildiyi müqəddəs tarixi günləri yaşamaq səadəti nəsib oldu. Dünənəcən ruhən əzilmiş, sınmış, taqətdən düşmüş halda bomboz həyat sürən, zaman etibarı ilə ən azından son bir neçə onillikdə qalibiyyət sevincinə tamarzı qalan, zəfərə təşnə olan bizlər bu gün qəlbimizdə Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuzun şəhər və rayonlarımızı, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etməsi xəbərlərinin sonsuz sevincini daşıdıq, fərəh və coşğusunu yaşadıq. ALLAHdan bütün şəhidlərimizə rəhmət qazilərimizə isə can sağlığı arzulamaq hər birimizin borcudur. Şəhid və qazi ailələrinə daim dəstək olmalı ,onları daim başüstündə tutmalıyıq. Unutmayaq ki milli heysiyyat və qürur hissimiz onların sayəsində geri döndü. Bunun üçün təkcə dövlət dəstəyi ilə kifayətlənməməli, cəmiyyətimizin hər bir fərdi olaraq səfərbər olmalıyıq. Yaşasın bütöv Azərbaycan!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər