QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR

QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR


İKİ RAYONDA ÜMUMİLİKDƏ 335 FƏRDİ YAŞAYIŞ EVİ TƏBİİ QAZLA TƏMİN EDİLDİ

QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR


“Azəriqaz” İB ölkə ərazisində yeni yaşayış massivlərinin, kəndlərin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirir. Yardımlı rayonunun çətin relyef şəraitində yerləşən Vəlixanlı və Köyrədi kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması işləri başa çatıb. Ucqar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi hər iki kənddə indiyədək mavi yanacağın olmaması kənd sakinlərinə xeyli çətinlik yaradıb. 70 fərdi yaşayış evi olan Vəlixanlı kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 6 277 metr olan müxtəlif diametrli polad borulardan istifadə olunub. Köyrədi kəndində yerləşən 206 fərdi yaşayış evini mavi yanacaqla təmin etmək üçün isə 13 180 metr uzunluğunda polad borulardan istifadə olunub.

Ağcəbədi rayonunun Şahmalılar kəndinin də mavi yanacaqla təmin olunması işləri yekunlaşıb. 59 fərdi yaşayış evi olan kəndin qazlaşdırılması üçün 9 917 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİRQAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR
QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR


QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR

QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNİN EVLƏRİNİN QAZLAŞDIRILMASI İŞLƏRİ DAVAM ETDİRİLİR


“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb. Bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır. Bu müraciətlər təmin edilərkən əgər qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.

Bu günlərdə daha bir neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb. Murad Rəhimov gənc yaşlarından vətənpərvər ruhda böyüyüb. O, 2007-ci ildə hərbi xidmətdə olarkən qar uçqununa düşüb. Qar uçqununa düşməsi nəticəsində xəsarət alıb və 2-ci qrup əlil olub. Dövlətin diqqət və qayğısı nəticəsində müalicə olunaraq sağalıb. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman o, könüllü olaraq yenidən ordu sıralarına qoşulub. Döyüş yolu Füzulidən başlayıb, Qubadlı və Şuşa istiqamətində gedən əməliyyatlarda böyük qəhrəmanlıq göstərib. Qazi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək, Lənkəran rayonu, Gərmətürk kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. Məsələ Birlik tərəfindən nəzarətə götürülüb, fərdi yaşayış evinə diametri 57 mm olan 153 metr uzunluğunda qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Ramil Məhərrəmovun Vətən müharibəsində döyüş yolu Cəbrayıldan başlayıb, daha sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Qazinin Sabirabad rayonunda 2 ildir inşa olunan yeni fərdi yaşayış evində təbii qazın olmaması onun ailəsi üçün xeyli çətinlik yaradırdı. Bu səbəbdən o, müharibədən qayıtdıqdan sonra “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib və təbii qazın çəkilişi təmin olunub.

Daha bir qazi müraciəti də həllini tapıb. Elşən Mustafayev 1993-1994-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Sumqayıt şəhəri, Yaşıldərə adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Dərhal Birliyin baş direktorunun tapşırığı ilə qazinin yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Müraciətlərin bir neçəsinə dair video materiallarla aşağıdakı sosial şəbəkə ünvanında tanış ola bilərsiniz.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər