Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır!

Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır!


Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Biraz əvvələ tarixə nəzər salsaq Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Bu vaxtdan etibarən Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş imkanlar açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib.
Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Eynilə Türkiyə dövlətinin rəsmiləri, rəhbər şəxsləri, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə Azərbaycanda səfərdə olublar. Fəxrlə deyə bilərik ki, Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Qeyd etmək lazımdır ki, Türkiyədə fövqəladə vəziyyət baş verdiyi zaman Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu heç bir müraciət, çağırış gözləmədən, dərhal qardaş ölkədə oldular. Təbii ki, bu, ölkə başçısı İlham
Əliyevin göstərişi əsasında olmuşdu. Ümumiyyətlə, bütün ağır zamanlarda Türkiyə ilə Azərbaycan bir yerdə, çiyin-çiyinə olub, bir-birinə qarşılıqlı dəstək göstəriblər. Hətta xatırlayıram ki, prezidentlər səviyyəsində keçirilən mühüm bir toplantıda Ermənistan
prezidenti Serj Sarkisyan Türkiyə əleyhinə əsassız fikirlər səsləndirərkən, Azərbaycan Prezidenti İlham Əliyev dərhal buna reaksiya verdi, "Türkiyə nümayəndəsi toplantıda yoxdur, amma mən burdayam” deyərək, erməni prezidentə layiqli cavab verdi, onu
yerində oturtdu. Mənəvi, insani, diplomatik baxımdan bütün münasibətlərdə ölkələrimiz arasındakı qardaşlıq özünü büruzə verməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycanla Türkiyənin özlərindən asılı olmayaraq, düşmənləri eynidir. Böyük Ermənistan xülyasına qapılan ermənilər Azərbaycanla yanaşı, Türkiyənin ərazilərinə də əsassız iddialar irəli sürürlər. Hətta ermənilər saxta soyqırımı üzərindən Türkiyəyə qarşı təbliğatlarından da qalmırlar. Belə olan halda düşmənlərimiz də, mənafelərimiz də ortaqdır. Artıq açıq şəkildə demək olar ki, Azərbaycan-Türkiyə münasibətləri mədəni, humanitar, iqtisadi, ticari müstəvidən hərbi-siyasi müstəviyə də keçib.
Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən
siyasi liderlərə məxsus olan keyfiyyətdir.
Azərbaycan-Türkiyə qardaşlığı və birgə fəaliyyəti uğurla inkişaf edərək həm ikitərəfli formatda, həm də regional müstəvidə çox önəmli bir amilə çevrilibdir. İkinci Qarabağ müharibəsi vaxti imzalanan 10 noyabr bəyanatı hərbi fazanı yekunlaşdırsa da,
Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edildiyini söyləmək çətindir. Münaqişənin gələcəyində və mümkün növbəti hərbi fazalarında Türkiyənin zəmanətçimiz olaraq iştirak etməsi son proseslərdə Azərbaycanın əsas qazanclarından biri oldu. Nə qədər
beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Digər tərəfdən, şübhəsiz ki, rəsmi Bakı Dağlıq Qarabağla yanaşı, digər bütün sferalarda Türkiyə ilə çox yaxından əməkdaşlıq etmək fürsətindən məmnunluq duyur.

Mailə Hacıyeva,
Salyan şəhər sakini, müəlim
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər