Ədalət Hacıyev: Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir! Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz!

Ədalət Hacıyev: Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir! Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz!


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri çox qədim tarixə malikdir. Dili və dini bir olan Azərbaycan və Türk xalqları daima bir-birinə dəstək olmuş, dar gündə bir-birinə arxa olmuşlar. Ulu Öndər bu iki qardaş xalqı “bir millət, iki dövlət” kimi qiymətləndirmişdir. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin qurucusu, müdrik şəxsiyyət Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişlər. Bu iki türk lideri hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar.

Tarixə nəzər salsaq, Türkiyənin həmişə xalqımıza mənəvi, siyasi, hərbi dəstək göstərdiyinin şahidi olarıq. 1918-ci il mart soyqırımını xatırlasaq, erməni-bolşevik birləşmələrinin xalqımıza qarşı növbəti qətliamı zamanı yenə də türk xalqının xalqımızın harayına çatmasının şahidi olarıq. Nuru paşa və Ənvər paşanın başçılığı ilə türk ordusu xalqımızın köməyinə yetişdi. Mənfur düşmənlərimizi layiq olduqları kimi cəzalandırdı.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yenicə yaranmış dövlətimizi ilk tanıyan, onunla hərbi, iqtisadi əlaqələr quran məhz qardaş Türkiyə oldu.

Birinci Dünya müharibəsi zamanı Türkiyə öz istiqlaliyyəti uğrunda çətin mübarizə aparırdı. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqı ölüm-dirim mübarizəsinə qalxmışdı. Bu zaman türk qardaşlarına azəri türkləri hər cür dəstəklərini nümayiş etdirdilər.

Böyük Ermənistan xülyası ilə yaşayan, zaman-zaman torpaqlarımızı havadarlarının köməyilə işğal edən erməni faşistləri Sovetlər Birliyinin dağılmasından istifadə edərək mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini işğal etdilər. Ümumilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin uğurlu, iqtisadi, daxili və xarici siyasəti nəticəsində 28 ildən sonra Azərbaycan ərazi bütövlüyünə qovuşdu. Müzəffər, dünya standartlarına cavab verən Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə layiqli dərs verdi. Bu müharibə ərzində Azərbaycan qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini daim hiss etdi və bu dostluqdan, qardaşlıqdan güc aldı, ilham aldı. Hər bir evin, binanın üzərini, meydanları, səngərləri Azərbaycan bayrağı ilə Türkiyə bayrağı bəzədi. Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi. Qələbə şərəfinə keçirilmiş zəfər paradında iki qardaş türk xalqının ordu birləşmələri, texnikası nümayiş etdirildi. Bu zəfər paradında iki qardaş dövlətin iki qardaş rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev böyük çoşqu və fərəhlə çıxış etdilər. Bu bütün türk dünyasına böyük fəxr idi. Bu Türkiyə-Azərbaycan əlaqələrinin daim yüksələn xətt üzrə inkişaf etdiyini sübut edir.

ABŞ-dakı erməni lobbisi 1915-ci ildə türklərin guya ermənilərə qarşı soyqırım həyata keçirmələrini sübut etməyə çalışırlar. Bununla ermənilər Türkiyəyə, türk dünyasına zərbə vurmaq istəyirlər. Lakin Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi Türkiyənin yanındadır və ona hər cür dəstəyə hazırdır.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir! Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər