Rayonlararası avtobusların qiyməti ilə bağlı AÇIQLAMA

Rayonlararası avtobusların qiyməti ilə bağlı AÇIQLAMA


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 31 maydan etibarən rayonlararsı avtobusların fəaliyyətinə icazə verilib.
Bu da bir ildən çoxdur fəaliyyətini tamamilə dayandıran Bakı Beynəlxalq Avtovağzal Kompleksində(BBAK) sərnişindaşıma ilə bağlı qiymətlərin artıb-artmaması məsələsini gündəmə gətirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova “Yol-xeber.az”a bildirib ki, qiymətlər ötən ilin mart ayına qədərki vəziyyətində qalacaq:

“Açılış bütünlüklə tətbiq olunduğu üçün BBAK-dan regionlara məhdudiyyətlərdən əvvəl hansı reyslər mövcud idisə həmin reyslərin hamısı bərpa olunur. Regionların öz arasında da gediş-gəliş də bərpa olunur.

31 maydan BBAK-da qiymətlər dəyişməyəcək. Yenə də Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə eyni tariflər keçərli olacaq”.

N.Allahyarova sərnişinləri onlayn bilet almağa çağırıb:
“Sərnişinlərin BBAK-ın avtovagzal.az saytından onlayn şəkildə gedəcəkləri istiqamətdə bilet alma imkanlar var. Çox yaxşı olardı ki, insanlar bu imkanlardan yararlansınlar ki, kassaların önündə növbələr yaranmasın”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər