Mənzillərin qiyməti bahalaşacaqmı? - AÇIQLAMA

Mənzillərin qiyməti bahalaşacaqmı? - AÇIQLAMA


"Hesab edirəm ki, tarif dəyişikliyi mənzillərin qiymətinə hər hansı təsir göstərməyəcək. Bu, elə bir xərclərdir ki, sırf sənədləşmə ilə bağlı olan xərclərə aiddir".
Bu sözləri "ARB24"-ə daşınmaz əmlak eksperti Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, qiymətlər o səviyyədədir ki, birbaşa olaraq hər hansı mənzilin dəyərinə bir neçə yüz manat təsir göstərmir:

"2009-cu ildən etibarən müddəti nəzərə alaraq son 11 ildə əmlakın qiymətlərini müqayisəli götürsək, 2 dəfədən artıq qiymətlər artıb. Amma hazırkı tariflər əvvəlki dövrlə müqayisədə eynilə qalıb. Yəni 2009-cu ildə əgər Bakı şəhərində bir otaqlı mənzilin qiyməti təxminən 20 min manat ətrafında idisə, bu gün minimum həmin qiymətlər 45 min manat ətrafındadır".

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər