“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir

“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyevdir.

“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bəhruz Şirəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Bəhruz Şirəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir


Sorğu apardıq ağız dolusu Bəhruz Şirəliyevdən danışdılar yaxşı ki, Bəhruz Şirəliyev “Zeytun Pharmaceuticals” MMC-nin rəhbəridir… Bəhruz Şirəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Bəhruz Şirəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bəhruz Şirəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Bəhruz Şirəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Bəhruz Şirəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Bəhruz Şirəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəhruz Şirəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bəhruz Şirəliyev özünü doğruldub. Bizdə hörmətli Bəhruz Şirəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Şirkətin qazandığı uğurların əsas özəyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan

keyfiyyət;
zaman;
müştərilərə diqqət və onlar qarşısında məsuliyyət;
humanizm;
daimi inkişaf;
innovasiya;
komanda işi
kimi korporativ dəyərlərdir.


Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.

Müştəri məmnuniyyətinin ən əhəmiyyətli komponentlərindən biri də Çağrı Mərkəzinin son dərəcə operativ və individualyanaşma strategiyası ilə xidmət göstərməsidir. Böyük və peşəkar komandamız sayəsində

tələblərinə uyğun dərman təklifi edərək;
mövcud aksiyalar və yeni gələn məhsullar haqqında məlumat verərək;
daxil olan sifarişləri dəqiqliklə qeyd edərək;
gülərüz, pozitiv və empati qura bilmə prinsibini həyata keçirərək
əczaçılarımızın məmnuniyyətini daim yüksəltmək Çağrı Mərkəzi Komandamızın qarşısına duran ən vacib məqsəddir.

Bakıda yaşayan əhalinin keyfiyyətli və orijinal dərman preparatları ilə təminatını daha da asanlaşdırmaq üçün onların gündəlik ən çox istifadə etdikləri nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin stansiyalarında apteklər şəbəkəsi qurmuşuq.

Ölkəmizdə həyata keçirilən bütün ictimai tenderlərdə iştirak edirik. İştirak etdiyimiz tenderlərdə operativ məhsuldarlığı ən yüksək səviyyədə saxlamağı və minimal mənfəətlə işləməyi hədəfləyirik.

Respublika üzrə mövcud olan klinikalar və sağlamlıq mərkəzlərinin 90%-dən çox hissəsinə xidmət göstəririk.

Xidmət etdiyimiz bütün klinika və sağlamlıq mərkəzlərinin tələb və ehtiyaclarını daha optimal qarşılamaq üçün ən uzaq məntəqəyə belə məhsulların çatdırılmasını təmin edirik.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər