Deputat: “Fransanın hərəkətləri münaqişənin yenidən qızışdırılmasına xidmət edir”

Deputat: “Fransanın hərəkətləri münaqişənin yenidən qızışdırılmasına xidmət edir”


Xalq sevgisini əbədi qazanan Ölkə Başçımız Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni tarix yazdı. 30 illik danışıqlardan sonra beynəlxaql hüquqi aktları saymayan Ermənistana müharibə meydanında
Qələbənin rəmzi kimi bütün xalq Ölkə başçımızın cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəğbətlə qarşıladı. Bu səfər Qələbənin simvolu oldu.
Bu səfər bir daha bütün dünyaya xalq-iqtidar birliyini nümayiş etdirdi. Səfər zamanı ölkə başçısı bölgə əhalisi böyük izdihamla qarşıladı. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan bir daha bütün dünyaya yeni birlik modeli göstərdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların siyasi həmrəyliyi bütün dünyaya analoqu olmayan siyasi birliyi nümayişi oldu. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
Azərbaycan bir daha dünyaya yeni formatda yeni birlik göstərdi. Xalq iqtidar birliyinə nail olmaq istəyən istənilən ölkə iqtidarı Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi fəaliyyətini öyrənməli və onun təcrübəsindən bəhrələnməlidir!


“10 noyabr 2020-ci ildə münaqişə tərəflərinin və Rusiya Federasiyası prezidentinin imzaladığı Bəyanata uyğun olaraq Azərbaycan işğal altında olan ərazilərini azad edir və bununla da Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulur.

Yaranmış yeni vəziyyətdə digər dövlətlərin, o cümlədən Fransanın münaqişə bölgəsindəki vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, əksinə münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qərar məhz belə bir kobud müdaxilədir və dözülməzdir”.

Bunu millət vəkili Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Senatın qərarının heç bir hüquqi əhəmiyyətə malik deyil, tövsiyyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökümətinə təqdim olunacaq. Fransa höküməti öz növbətində məlum qərara münasibətini açıqlamalıdır. “Hökümətin bu qərara münasibətinin mənfi olacağına inanıram. Əks halda Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik ifadə etmiş olacaq. Belə bir qərarın hökümət tərəfindən dəstəklənməsi BMT Nizamnaməsinə, Fransanın üzv olduğu çoxsaylı beynəlxalq konvensiyalara, eləcə də Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış çoxsaylı əməkdaşlıq sazişlərinin ruhuna ziddir və Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə bir addım BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın imicinə ciddi xələl gətirməklə yanaşı həm də onun ATƏT-in Minsk Qrupundakı həmsədrlik statusundan irəli gələn vəzifələrinə və öhdəliklərinə ziddir. Belə bir qərarı dəstəkləyəcəyi halda Fransa dövlətinin Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq”-deputat qeyd edib.

O əlavə edib ki,10 noyabr tarixində qəbul olunmuş Bəyanatın əsasında Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin edib və bu onun suveren hüququdur. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu ilə bağlı məsələ Azərbaycan dövlətinin daxili işidir və : “Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Nə Fransa Respublikası, nə də istənilən digər dövlət Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz. Fransa Senatı tərəfindən qəbul olunmuş hər hansı bir qərar və Fransa hökümətinin bu qərara istənilən münasibəti Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi nailiyyətlərə, eləcə də Azərbaycan diplomatiyasının uğurlarına kölgə sala bilməz.

Qarabağ Azərbaycandır!”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər