Sabiq deputat: “Paris meriyası qondarma “DQR”i tanıyarsa...”

Sabiq deputat: “Paris meriyası qondarma “DQR”i tanıyarsa...”


Paris meriyası qondarma Dağlıq Qarabağ rejimini tanıyarsa, bu ilk növbədə Fransanın Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarlara, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə adıçəkilən ölkə tərəfindən zərbə olacaq.
Bunu «Ölkə.Az»a açıqlamasında sabiq millət vəkili Sona Əliyeva deyib.

Sabiq deputat bildirib ki, Paris meriyasının Dağlıq Qarabağı “ölkə” kimi tanımaq niyyətini Fransanın Azərbaycanın ərazi bütövlüyünə təxribat addım kimi qiymətləndirilməlidir.

“Əgər belə bir siyasi həyasızlığa imza atılarsa, o zaman Fransa dövləti Avropada "insan haqlarının və demokratiyanın vətəni" kimi nüfuzunu itirəcək.

Ümumiyyətlə, Paris meriyasının belə bir addım atması başadüşülən deyil. Birincisi, Fransa 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması işini həyata keçirib. ATƏT-in üç həmsədrindən biri kimi tərəfsiz mövqe nümayiş etdirməlidir. Təssüf ki, bunun əksini görürük.

İkincisi, Fransanın özü də tarix boyu separatizmdən əziyyət çəkib. Gərək belə bir addım atarkən yüz ölçüb bir biçsin. Bundan başqa Qərbi Avropanın özünü mələk donlu qiyafədə göstərən bu dövləti heç də “süddən çıxmış ağ qaşıq” deyil. Dünya hələ fransızların törətdiyi Ruandadakı soyqırımını və digər ölkələrdəki vəhşiliklərini unutmayıb. Hesab edirəm ki, Paris meri Ann İdalqo rəhbərliyindəki qurum hər hansı xoşagəlməz qərar qəbul edərsə, biz də Milli Məclisdə Ruanda soyqırımını tanımaqla bağlı məsələyə baxa bilər.

Ann İdalqo hər zaman ermənipərəst mövqeyi ilə seçilib:

Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Onun atası isə fransız erməmilərinin təşkilatı olan CCAF-ın rəhbəridir. Paris meri erməni lobbisinin maraqlarına işləyən və öz dövlətinə xəyanət etmiş birisidir. Cənab prezidentin də dediyi kimi əgər kimsə qondarma qurumu tanıyarsa, Azərbaycan həmin ölkə ilə bütün diplomatik əlaqələri kəsəcək. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindəki statusundan məhrum olacaq. Fikrimcə, belə bir addım addım atmamışdan Fransa yaxşı-yaxşı düşünməlidir”- S.Əliyeva vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər