Mirvari xanım Zeynalova: Biz sizinləyik, Cənab Ali Baş Komandan!

Mirvari xanım Zeynalova: Biz sizinləyik, Cənab Ali Baş Komandan!


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.

Ötən ilin sentyabr ayından başlayan məlum hadisələr istər ölkə daxilində, istərsə də xaricdə bir çoxlarının vətənimizə baxış bucağını dəyişdi. 44 günlük Vətən müharibəsində həm hərbi sahədə, həm siyasi müstəvidə qazandığımız uğurlarla dünyaya əzmkar, mübariz xalq olduğumuzu bir daha sübut etdik. İgid oğullarımızın qanı, canı bahasına, Ali Baş Komandanın qətiyyəti sayəsində dünyanın gözünə qalib xalq kimi baxmağı bacardıq. Son aylarda gedən proseslər və 10 noyabr bəyannaməsi regionda vəziyyəti ciddi dəyişdi. Təəssüf ki, Ermənistan dövləti, onun daxilindəki bəzi qüvvələr sözdə bir əməldə digər mövqe sərgiləyir. Azərbaycanın gücünü dünya qəbul edir. Məhz bu amilə görə xarici media nümayəndələri bu güc-qüdrəti yerində görmək istəyirlər.
Ali Baş Komandan cənab Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində baş tutan 4 saat davam edən 35-dən çox dünya mediasının 50-yə yaxın sualı cavablandırılan mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirildi. Cənab Prezident yerli və xarici mətbuat nümayəndələrinin suallarını geniş , dəqiq, sərrast cavablandırmaqla əsl siyasi lider, sevilən komandan olduğunu bir daha sübut etdi. İranlı jurnalistə verdiyi tutarlı cavabı da onun tək hərbdə, siyasətdə deyil, söz savaşında da yenilməz olduğunu göstərdi.
Bir əlində qələm bir əlində qılıncla mübarizə aparan Şah İsmayıl Xətai kimi sərkərdələrin yetişdirdiyi torpaqda bu gün başqa ruhda ölkə başçısının olması mümkün deyil. Mətbuat konfransında Ali Baş Komandanın bütün proseslərlə bağlı apardığı təhlillər, gələcəklə bağlı planlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddət ərzində regionun ən güclü dövləti olaraq bir çox layihələri reallaşdıracaq Prezidentin “Rusiya, Türkiyə və biz eyni mövqedəyik...Avrasiya üçün də yeni damar açıla bilər”, “Post müharibə dövrü yeni imkanlar yaradar”, “Bütün dost ölkələr üçün iş imkanları var “ və s. fikirləri necə qüdrətli dövlətə çevrildiyimizin göstəricisidir.
Ulu öndər Heydər Əliyevin dillər əzbəri kəlamı var “Mən fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam”. Bu fikirlərdən ruhlanıb demək istəyirəm ki, biz fəxr edirik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız, Prezidentimiz var və yazımı cənab İlham Əliyevin həmişə səsləndirdiyi və mətbuat konfransında bir daha vurğuladığı fikirlə bitirirəm “Nəyi hədəfləmişiksə, çatmışıq”.
Qarşıya qoyduğu hədəfə çatmaq yolunda prezidentimizə uğurlar arzulayıram.
Biz sizinləyik, Cənab Ali Baş Komandan!

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari xanım Zeynalovadır.

Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari xanım Zeynalova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır. Mirvari xanım Zeynalova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mirvari xanım Zeynalovadan danışdılar yaxşı ki, Mirvari xanım Zeynalova Şəki Regional Mədəniyyət İdarəsinin müdiri təyin olunub… Mirvari xanım Zeynalova öz isguzarlığı ilə tanınır və seçilir….

Mirvari xanım Zeynalova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mirvari xanım Zeynalovanı heç vaxt əqidəsindən döndərə bilməz.

Mirvari xanım Zeynalova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mirvari xanım Zeynalova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mirvari xanım Zeynalova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mirvari xanım Zeynalovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mirvari xanım Zeynalova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mirvari xanım Zeynalova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəki Regional Mədəniyyət İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mirvari xanım Zeynalova özünü doğruldub. Bizdə hörmətli Mirvari xanım Zeynalovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər