Sabir Hacıyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir

Sabir Hacıyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir


88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü

9 fevral 2020 ci il keçiriləcək növbədənkənar Parlament seçkilərində 88 saylı Göyçay seçki dairəsi üzrə qeydə alınmış namizədi Sabir Hacıyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun Qaraxıdır, Vesəlli və Şəkər kəndləri üzrə sakinləri ilə keçirilmişdir.

Sabir Hacıyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir


Görüşdən əvvəl kənd sakinləri ağsaqqalarla görüşən Sabir Hacıyev kəndin çətinlikləri, problemləri ilə maraqlanıb. Kənd ağsaqqalı Heydər Məmmədov namizədə kəndlə bağlı təklif və müraciədini edib. Sonra kənd klubunda görüşdə cıxış edən Milli Məclisə seçkilərə qeydə alınmış namizəd Sabir Hacıyev çıxış edərək bildirdi ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər öz namizədlərini birmənalı şəkildə ifadə edirlər.Bütün namizədlərə uğur arzulayan namizəd dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətindən söz açdı. Natiq bildirdi ki, Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində bügünkü qüdrətli Azərbaycan mövcuddur.

Daha sonra çıxış edən əməkdar müəllim Xəlil Orucov, kəndin xeyriyyəçi övladı olan Elxan Yaqubov, Rauf İbrahimov, Eyvaz Səmədov, Qabil Veysəlov cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verdilər. Bildiriblər ki, bütün Göyçaylılar öz həmyerliləri layiqli namizəd Sabir Hacıyevə dəstək olaraq, yalnız ona səs verəcək.


Sabir Hacıyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir


88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəd Sabir Hacıyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir

88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəd Sabir Hacıyev - Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.


Sabir Hacıyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər