"Bakcell" müştəriləri necə aldadır, müqavilə şərtlərini nə üçün pozur?

"Bakcell" müştəriləri necə aldadır, müqavilə şərtlərini nə üçün pozur?







İlk mobil operator kimi həyatımıza daxil olan "Bakcell" bu gün insanlara ilətişimdən çox, əsəb verir desək, yalan olmaz

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların müştərilərə kələk gəlməsi barədə çox yazılıb. Lakin təəssüf ki, vətəndaşların şikayətləri aradan qaldırılmaqdansa daha çox saytlardan yazı sildirməyə çalışan və çox vaxt da buna nail olan mobil operatorlar nəticədə daha çox insanın haqqını tapdalamış olurlar. Məsələn Bakcell şirkəti barədə çox yazılıb. Buna baxmayaraq bu şirkət müştərinin razılığı olmadan onu reklam kampaniyalarına qoşur və balansdan pul çıxır.


Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında birinci olmağı ilə öyünən “Bakcell” şirkəti müxtəlif kampaniyalarla müştəri cəlb etmək istəyir. Ancaq abonentlər bildirirlər ki, kampaniyalar əslində onların daha çox “cibinə girməyə” hesablanıb.

Abonentlərin ən çox narazı qaldığı məqamlardan biri odur ki, müştərilərə müxtəlif xidmətlərə abunə olmaq üçün mesajlar göndərilir. Abunəçi bu mesajları açdığı zaman isə avtomatik olaraq bu xidmətə abunə olmuş sayılır. Bu zaman isə onun xəbəri olmadan balansından gündəlik müəyyən məbləğ silinir. Bundan isə çox zaman abonentlərin xəbəri olmur. Elə bu səbəbdəndir ki, abonentlər tez-tez şikayətlənirlər ki, balanslarını artırsalar da, istifadə etmədikləri halda, müəyyən müddətdən sonra balansları sıfırlanır. Bu barədə “Bakcell”-ə rəsmi müraciət edəndə isə bildirirlər ki, siz filan xidmətə abunə olmusunuz. Bu zaman müştəriyə həmin abunəliyi dayandırmaq yolları təklif olunur və bildirirlər ki, buna görə şirkət məsuliyyət daşımır. Halbuki müəyyən qısa nömrələrdən gələn həmin abunəlik təkliflərinin “Bakcell”-in icazəsi olmadan abonentə göndərilməsi mümkün deyil. Həmçinin yuxarıda da qeyd etdiyimiz kimi, həmin mesajların əksəriyyəti elə funksionallaşdırılıb ki, hətta istəmədən belə mesajı açıb oxuyan zaman avtomatik abunəlik yaranır. Bəzən isə aylarla, hətta illərlə abonentin bundan xəbəri olmur və gündəlik 10-20-30 qəpik balansından silinməyə davam edir.

P.S. Redaksiyaya daxil olan şikayətdə bildirilir ki, “Bakcell” şirkəti vətəndaşın 25 manatlıq balansını oğurlayıb. Vətəndaş hər ay balansına 25 manat yükləyərək həm hədiyyə olaraq internet paketi, həm də sms paketi hədiyyə olunur. “Bakcell” şirkətinə zəng edib dəqiqləşdirsək də, bildirdilər ki, guya internetdən istifadə etdiyiniz üçün balansınız bitib.

Necə ola bilər ki, hədiyyə olaraq verilən internet paketi bitmədən, internetdən istifadə olunduğu üçün balans bitər?


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Bakcell" müştəriləri necə aldadır, müqavilə şərtlərini nə üçün pozur?
"Bakcell" müştəriləri necə aldadır, müqavilə şərtlərini nə üçün pozur?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər