Bakcell abunəçilərinin balansını ikiqat artırır

Bakcell abunəçilərinin balansını ikiqat artırır
















“Daha çox dəyər əldə etmək üçün fantastik həlldir”

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti “İkiqat Balans” kampaniyasına start verir.

Şirkətin mətbuat xidmətinin verdiyi məlumata görə, 2 fevral tarixindən etibarən başlayan bu kampaniya çərçivəsində bütün CIN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər.

İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.

Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.

“Bu Bakcell abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həlldir”, - deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də, SMS və MMS yollanılması üçün istifadə edilə bilər.

*100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər.Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər