Prezidentin kiçik bacısı 52 gün sonra ortaya çıxdı

Prezidentin kiçik bacısı 52 gün sonra ortaya çıxdı


Şimali Koreya Prezidenti Kim Çen Inın kiçik bacısı Kim Yo Çen 52 gün sonra ictimaiyyət qarşısına çıxıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, o, iyunun 3-də qardaşı və digər yüksək rütbəli şəxslərlə birlikdə “1 may” stadionunda gimnastların çıxışlarını izləyib.

Qeyd edək ki, onun da bu ilin fevralında Vyetnamın Hanoy şəhərində ABŞ-la baş tutan zirvə görüşünün uğursuzluğuna görə cəzalandırılan yüksək vəzifəli məmurlar arasında olduğu deyilirdi. O, sonuncu dəfə aprelin əvvəlində qardaşının iştirakı ilə keçirilən Ali Milli Məclisin iclasında iştirak edib. Aprelin sonlarında Rusiya Prezidenti Vladimir Putinlə Vladivostokda baş tutan görüşdə görünməyib. Halbuki, o, həmin günə qədər Kim Çen Inı bütün rəsmi görüşlərində müşayiət edib.

Xatırladaq ki, Hanoyda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutmuş ikinci sammitdən sonra KXDR-in ABŞ məsələləri üzrə xüsusi nümayəndəsi Kim Hyok Çxol daxil olmaqla 5 diplomat edam olunub. Həmin şəxslər sözügedən zirvə görüşünün hazırlıqlarına cavabdeh olublar. Onlar sammitin uğursuzluqla yekunlaşmasına və rəsmi Vaşinqton adına casusluq etdiklərinə görə Mirim Hava Limanında edam ediliblər.

Bundan başqa, sammit öncəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqlar aparan Kim Yonq Çxol adlı yüksək vəzifəli şəxs və zirvə zamanı tərcüməçilik edən Sin Hye Yonq Çin sərhədi yaxınlığındakı ağır islah əmək işləri düşərgəsinə göndərilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər